Menu
Geri İrəli

Sumqayıtda 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2017 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur
Share Button

65Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar qəzet, televiziya və elektron informasiya saytlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov  mətbuat nümayəndələrinə 22 İyul – Milli mətbuat günü münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təbriklərini çatdırıb və jurnalistləri Milli Mətbuat günü münasibəti ilə təbrik edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Faiq Kərimov  Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.

Tədbirdə çıxış edən KİV nümayəndələri milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın