Menu
Geri İrəli

Sumqayıtda ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2017 • Baxış sayı: 286 dəfə • Şərh yoxdur

1484202631_03«Azərikimya» İstehsalat Birliyində Azərbaycan “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzinin xətti ilə”Azərbaycan multikultura­lizminin fəlsəfəsi” mövzusunda seminar-mühazirə keçirilib.

“Azərikimya” İB-nin struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi seminarda Mərkəzin mühazirəçisi, Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov kimyaçılara ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda mühazirə oxuyub.

Natiq qeyd edib ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası PrezidentininFərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, yola saldığımız 2016-cı il isə ”Multikulturalizm ili” elan olunmuşdur. ”Multikulturalizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Azərbaycanın müxtəlif regionlarında il boyu mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında çoxsaylı respublika və beynəlxalq miqyaslı elmi-nəzəri və elmi-praktik konfranslar, seminarlar, “dəyirmi masa”lar, mühazirələr, ədəbi-bədii toplantılar keçirilmiş, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasının təmin edilməsi, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdılması və bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi isitiqamətində yetərincə əhəmiyyətli təşəbbüslər irəli sürülüb, mühüm addımlar atılıb.

Vurğulanıb ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması danılmaz bir həqiqətdir və mövcud milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük mühiti respublikamızı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirmişdir. Bu baxımdan ölkəmizdə bu gün mədəni, linqvistik, etnik rənga­rəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikultu­ralizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasına, zənginləşdirilməsinə, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiy­yətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinə zəmin yaratmışdır.

Natiq dünyada multikulturalizm siyasətinə baxış və Azərbaycandakı multikultural təhlükəsizlik haqqında da fikirlərini bölüşərək, əsrlərdən bəri Azərbaycanda müsəlman­larla xristianların, yəhudilərin və başqa dinlərin, məzhəblərin nümayəndələrinin çox normal şəkildə yanaşı yaşamaqda olduqlarını xüsusilə vurğulamış, bunun Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azər­baycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsi olduğunu dilə gətirmişdir.

Böyük maraqla qarşılanan tədbirin sonunda dinləyicilərin bir sıra sualları ətraflı cavablandırılmış, yaradılmış normal şəraitə görə Birlik rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.

Sumqayıtda ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib - FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın