Menu
Geri İrəli

Sumqayıtda beynəlxalq elmi konfrans keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2016 • Baxış sayı: 549 dəfə • Şərh yoxdur

sduNoyabrın 24-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən birgə təşkil edilib.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda ədəbi dil və dil normaları qloballaşma şəraitində: mövcud vəziyyət və problemlər, kütləvi informasiya vasitələrinin dili, müqayisəli dilçilik: dillərin linqvodidaktik təsviri, üslubiyyat və semantika və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın