Menu
Geri İrəli

Sumqayıtda dini radikallığa qarşı təbliğat işinin aparılmasında gənclərin rolu müzakirə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2016 • Baxış sayı: 365 dəfə • Şərh yoxdur

14653749374150957640_1000x669

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” layihəsinin növbəti tədbirini Sumqayıtdakı Gənclər evində keçirib.

TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İctimai Birliyin sədri Çingiz Bayramov tədbirdə çıxış edərək layihənin məqsədindən danışıb.

TUMİB sədri Azərbaycandakı multikulturalizm, azərbaycançılıq və dini dözümlülük siyasəti, müxtəlif dinlərin və millətlərin nümayəndələri arasında qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verib. O, Azərbaycandakı dini və milli dözümlülük siyasətinin radikalizmdən əziyyət çəkən başqa ölkələr üçün nümunə olduğunu bildirib. Ç.Bayramov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin olunması ilə bağlı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Fərman Kazımov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Jalə Məmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Yalçın Abdullayev, TUMİB-in İdarə heyətinin üzvü Seymur Verdizadə, Gənclər mərkəzinin sədr müavini Samir Pənəliyev, nəzarət-təftiş komissiyasının üzvləri Cəlal İbrahimli və Səbinə Novruzzadə çıxış edərək, dinin təbliğində maarifləndirici əsərlərin təbliğinin vacibliyindən danışıblar.

Çıxışlarda vətəndaş cəmiyyəti institutlarının Azərbaycanda multikulturalizmin və tolerantlığın təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməsinin önəmi diqqətə çatdırılıb, milli mənəvi dəyərlərə həssas yanaşıldığı, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmadığı vurğulanıb.

Qeyd olunub ki, dini radikallığa qarşı təbliğatda ən güclü vasitə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasını gənclərin dərindən mənimsəməsidir.

Sonda iştirakçılara diplomlar təqdim olunub.

14653749372430560813_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın