Menu
Geri İrəli

Sumqayıtda “Dövlət atributlarını tanıyaq və tanıdaq!” layihəsi həyata keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

Gencler_Fondu_Logo_130612Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sara Fərzəliyeva tərəfindən həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasına start verilib.

Layihə Sumqayıt şəhərində noyabr ayının 1-dən fevral ayının 1-nə qədər davam edəcəkdir.

Layihənin əsas məqsədi məktəbli yeniyetmə və gənclərə Azərbaycan Respublikasının Dövlət rəmzlərini təbliğ etməklə yeniyetmələr arasında vətənpərvərlik ruhunun inkişafına nail olmaqdır. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin gənc nəsil arasında geniş təbliğ olunması, eləcə də gənc nəslin Azərbaycan bayrağına, gerbinə, himninə hörmət ruhunda tərbiyə edilməsi, gənc çağrışçıların hərbi xidmətə hazırlanmasından ibarətdir.

Qeyd edək ki, layihə çərçivəsində maarifləndirici xarakter daşıyan bukletlər və cib təqvimləri hazırlanacaq və məktəbli yeniyetmə və gənclərə arasında paylanacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın