Menu
Geri İrəli

Sumqayıtda Dövlət Müstəqilliyi günü qeyd olundu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2017 • Baxış sayı: 412 dəfə • Şərh yoxdur
Share Button
1508322726_20Sumqayıtda Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “18 Oktyabr Azərbaycan Respubilikasının Dövlət Müstəqilliyi günü” münasibəti ilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar. Tədbirdə çıxış edənlər Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov,İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman ŞükürovDövlət Müstəqilliyi gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Heydər Əliyevin dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsindəiqtisadiyyatın dayanıqlı inkişafı təmin edilmiş, dövlətimiz beynəlxalq birlikdəki yerini möhkəmləndirmiş və dünya miqyasında söz sahibi olmuş, Respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunub. Şəhər rəhbərliyinin fəaliyyəti nəticəsində şəhərdə böyük quruculuq və abadlıq işləri aparılıb, infrastruktur yenidən qurulub, sosial-iqtisadi inkişaf artan templə davam edir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının gənclərdən ibarət vokal qrupun üzvləri Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Nihad Orucov, Konservatoriyanın tələbə-gənclər Təşkilatının sədriRiad Cəbrayılov, Respublika laureatı Zəhra Muradzadə, Xanım İsmayılova və beynəlxalq müsabiqə diplomantı, konsertmeyster Firuzə Nəcəfliçıxış edərək klassik janrda milli musiqilər ifa ediblər.

Sumqayıtda Dövlət Müstəqilliyi günü qeyd olundu - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın