Menu
Geri İrəli

Sumqayıtda “Düşmən hədəfindi, Azərbaycan əsgəri!” adlı layihəyə start verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur
Share Button

SUMQAYIT ŞƏHƏRİNDƏ “DÜŞMƏN HƏDƏFİNDİ, AZƏRBAYCAN ƏSGƏRİ!” ADLI LAYİHƏYƏ START VERİLDİ.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin tir atıcılıq zalında “Düşmən hədəfindi, Azərbaycan əsgəri!” adlı layihənin birinci turu keçirilib.

Birinci turda ali, orta ixtisas və ümumtəhsil məktəblərin yuxarı siniflərində təhsil alan sumqayıtlı gənclər iştirak etmişdir.  Tura start verilməmişdən öncə layihə rəhbəri Əli Aslanov tərəfindən layihənin məqsədi, onun keçirilməsinin aktuallığı haqqında iştirakçılara məlumat verilib.

Əli Aslanov bildirmişdir ki, Müstəqil Respublikamızın ərazilərinin 20% erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş və bu torpaqların azad olunması, istənilən hallarda düşmən hücumunun qarşısının alınması üçün hər bir azərbaycanlı gəncin silahla davranış və ondan düzgün istifadə qaydalarını bilməsi daha vacibdir. İştirakçı gənclərə bu qaydaları özündə əks etdirən bukletlər paylanılmışdır. Bukletlərlə tanışlıqdan sonra yarışa start verilmişdir. Yarış zamanı iştirakçıların topladıqları xallar qeydə alınmış və birinci turun yekun protokolu tərtib edilmişdir.

tir

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın