Menu
Geri İrəli

Sumqayıtda “Düşmən hədəfindi Azərbaycan əsgəri” layihəsinin yekun turu keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 31 mart 2014-cü il tarixində Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin tir atıcılıq mərkəzində “Düşmən hədəfindi Azərbaycan əsgəri” adlı layihənin dördüncü-yekun turu keçirilib.

Dördüncü turda ali, orta ixtisas və ümumtəhsil orta məktəblərin yuxarı siniflərində təhsil alan sumqayıtlı gənclər iştirak etmişdi. Yarışa start verilməmişdən öncə layihə rəhbəri Əli Aslanov iştirakçılara 31 mart soyqırım günü haqqında məlumat vermişdir. O bildirmişdi ki, 1918-ci ilin 30 mart -04 aprel tarixlərində Bakı Sovetinin təşkilatçılığı ilə erməni-daşnak qrupları Bakı şəhəri daxil olmaqla Şamaxı, Quba, Qarabağ və s. bölgələrdə azərbaycanlılara qarşı qırğınlar törətmiş və on minlərlə insan məhv edilmişdir. Yarış ilk öncə bölünmüş qruplar arasında keçirilmiş, növbəti mərhələdə isə qrup qalibləri arasında 4-cü turun ilk üç qalibi müəyyən edilmişdi. Yarış zamanı hər bir iştirakçının topladığı xallar qeydə alınmış və dördüncü turun yekun protokolu tərtib olunmuşdur.

Sonda hər bir turun qalibləri arasında yarış keçirilmiş, bu qalib iştirakçılar arasında 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən edilərək layihəyə yekun vurulmuşdur.

 sumqayitxeber.com

OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın