Menu
Geri İrəli

Sumqayıtda fərqlənən kimyaçılar mükafatlandırılıblar – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2016 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyinin akt zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

İstehsalat Birliyindən AZƏRTAC–a bildirilib ki, idarəetmə aparatının, etilen-polietilen zavodunun və təmir-tikinti idarəsi əməkdaşlarının iştirak etdiyi tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev kimyaçıları bayram münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlıların birliyi və həmrəyliyində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

M.Babayev çıxışında yola saldığımız 2016-cı ildə “Azərikimya” İB-də görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən və qazanılmış uğurlardan da söhbət açıb.

Bayram tədbirində “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunan kimyaçılara fəxri fərman və pul mükafatları verilib.

148300817442892141_1000x669 1483008174495343655_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın