Menu
Geri İrəli

Sumqayıtda “Gənc ekoloq” adlı kitab çap olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2014 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc ekoloq” layihəsi çərçivəsində “Gənc ekoloq” adlı kitab çapa hazırlanır.

Layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov bildirib ki, kitab daha çox maarifləndirici xarakter daşıyır: “Kitabda mövcud ekoloji problemlər, dövlətimizin ekologiya sahəsində gördüyü işlər, bu sahə ilə bağlı qanunvericilik, ekoloji mədəniyyət normaları və s. əksini tapacaq. Yaxın günlərdə işıq üzü görəcək kitab 600 tirajla çap olunacaq və gənclər arasında pulsuz olaraq paylanacaq”.

Qeyd edək ki, layihə çərçivəsində bundan öncə Xəzərin Sumqayıt sahilində ARDNŞ “Azərikimya” İstehsalat Birliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi, eləcə də media nümayəndələrinin iştirakı ilə təmizlik aksiyası keçirilib.

 

Gencler_Fondu_Logo_130612

Facebook Şərhləndirmə:

Şərhinizi yazın