Menu
Geri İrəli

Sumqayıtda gənclər “28 may – Respublika günü”nü qeyd etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2017 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur
Share Button

26 may 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 may – Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi ilə əlaqədar bədii-əyləncəli bayram tədbiri keçirilib. Tədbirdə şəhərdə fəaliyyət göstərən gənclər, tələbə-gənclər təşkilatları və müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclər iştirak etmişlər.

Öncə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib.

Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov tədbirdə çıxış edərəkxalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, dövlətçilik tariximizin yadda qalan mərhələlərindən olduğunu qeyd etmişdir. 23 ay çətin ictimai-siyasi şəraitdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet hakimiyyətinin qurulması ilə süquta uğramasına baxmayaraq, xalqımız azadlıq mübarizəsindən geri çəkilmədi. 1991-ci ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ikinci dəfə dövlət müstəqilliyimizi bərpa etdi və qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində, dünyaya tanınmasında misilsiz xidmət göstərdi. Bu gün isə bu siyasət ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Tədbirin bədii hissəsində isə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair suallar səsləndirilib, istedadlı gənclərin ifasında musiqilər dinlənilib və sonda party təşkil edilmişdir.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın