Menu
Geri İrəli

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2016 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

24 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsiçərçivəsində sosial servislər və veb 2.0 texnologiyalarının gənclərin peşə bacarıqlarının artırılmasında rolu barədə növbəti təlim keçirilmişdir.

Sosial servislər və veb 2.0 texnologiyalar üzrə mütəxəssis Ramil Süleymanov tərəfindən aparılan təlim gənclərin maraqlarına uyğun olaraq interaktiv şəraitdətəşkil olunmuşdur. Təlim zamanı simulyasiyalardan, qrup işlərindən istifadə olunmuşdur.
Qeyd edək ki, layihə çərçivəsində “İKT texnologiyaları”, “Bloqçuluq”, “Şəbəkə çəkilişi və dizayn – proqramlaşdırma”peşələri istiqamətində də təlimlər təşkil olunacaqdır.

img_4640 img_4703

Facebook Şərhləndirmə:

Şərhinizi yazın