Menu
Geri İrəli

Sumqayıtda gənclər yol hərəkəti qaydaları barədə məlumatlandırılıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2015 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur
Share Button

1450970509457563587_367x266Sumqayıt şəhərində “Qırmızı işıqda ürək dayanmasın. Sən dayan!” adlı layihənin icrasına başlanılıb. İlk seminar Sumqayıtdakı Gənclər Evində keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə keçirilən seminara 35 gənc cəlb olunub.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, əvvəlcə iştirakçılara yol hərəkəti qaydaları haqqında videoçarx göstərilib.
Sonra layihə rəhbəri Elvin Hüseynov və təlimçi Ziyadxan Bəşirov ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Layihənin məqsədi yol qəzalarının və bu qəzalarda insan itkisinin qarşısını almaq, yol təhlükəsizliyində işıqforun nizamlayıcısına, piyada keçidinə diqqət çəkmək, bu istiqamətdə dövlət qurumlarına ictimai dəstək verməkdən ibarətdir.
Seminarda gənclərə yol hərəkəti qaydaları və mədəniyyəti, piyada və sürücünün vəzifələri, işıqforun nizamlayıcıları, yol qəzalarının baş vermə səbəbləri mövzularında nəzəri biliklər verilib, praktik məşğələlər keçirilib.
Seminar çərçivəsində şəhərin mərkəzi küçələrində piyada zolaqlarından istifadə etməyən, işıqforun siqnallarına məhəl qoymayan, avtomobili piyada keçidi və səkilərin üzərində saxlayan vətəndaşlara maarifləndirici bukletlər təqdim olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın