Menu
Geri İrəli

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 274 dəfə • Şərh yoxdur

Azərbaycan Respublıikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Gənclərin Diksiya Klubu” layihəsinin sonuncu interaktiv seminarı keçirilib.
Seminarda çıxış edən layihə rəhbəri Urfanə Hüseynova ölkədə aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq artıq gənclərin həyatımızın bütün sferalarında təmsil olunduğundan, cəmiyyətin ictimai həyatında iştirakının artmasından və Gənclər Fondunun gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi istiqamətində gördüyü işlərdən  danışıb. Layihənin məqsədi Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, mimika və jestlərin danışıqda istifadə qaydalarını mənimsətməkdən ibarətdir.
Daha sonra Gənclər Evinin əlaqələndiricisi Pəri Vəliyeva və Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad Əliyev tərəfindən verilən seminarda gənclər natiqlik sənəti, nitq mədəniyyətinin formalaşdırması, sərbəst ünsiyyət qurmada, çıxış etmədə, özünə inam, güvən vərdişlərinin inkişaf etdirilməsi istiqamətində maarifləndirilib, fərdi və qrup çalışmaları keçirilib.

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu

Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın