Menu
Geri İrəli

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2016 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

tedbir5Azərərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı ilin Tədbirlər Planına uyğun olaraq Sumqayıt şəhərində “28 may Mədəniyyət və Diyarşunaslıq Evi”ndə şəhər Gənclər və İdman Baş İdarəsinin və Qubadlı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə müxtəlif sahələri təmsil edən yeniyetmə və gənclər, ali, orta ixtissas təhsil müəssisələrinin tələbləri, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və veteran döyüşçülər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nazirliyin Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi işinin təşkili sektorunun müdiri Əli Məmmədov yeniyetmə və gənclərin vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulamış və bu istiqamətə Nazirlik tərəfindən mütəmadi olaraq keçirilən tədbirlərdən danışıb. Natiq Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında gənclərə ətraflı məlumat vermiş, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun müasir hərbi texnika və silahlarla təchiz olunduğunu qeyd edib.

Daha sonra çıxış edənlər şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə, keçmiş döyüşçü İnanəddin Məhiyyədin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışıb, Silahlı Qüvvələrimizin regionun ən qüdrətli ordusu olduğunu və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün hər an hazır olduğunu bildiriblər.

Tədbirin bədii hissəsi gənc musiqiçilərin vətənpərvərlik mahnıları ifası ilə davam edib.

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

Sumqayıtda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilib -FOTOLAR

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın