Menu
Geri İrəli

Sumqayıtda “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr təşkil olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2017 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Sumqayıt şəhər  ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.
Sumqayıt Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, millət vəkili Tahir Mirkişili, Bilik Fondunun əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək Sumqayıt şəhərində təşkil olunan silsilə mühazirələrin ideoloji maarifləndirmə işində mühüm əhəmiyyət daşıdığını vurğulayı.
Fondun keçirdiyi silsilə mühazirələrin əhəmiyyətindən danışan Milli Məclisin üzvü Tahir Mirkişili “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib.
Sumqayıt şəhər S. Rüstəmov adına 3 saylı Musiqi Məktəbində təşkil olunmuş tədbirdə Bilik Fondunun dövlətçilik və milli maraqlardan çıxış edən tədbirləri barədə məlumat verilib, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirəsi dinlənilib.
DSC_4197 DSC_4200 DSC_4201 DSC_4207DSC_4219
DSC_4194

DSC_9142 DSC_9150 DSC_9154 DSC_9158 DSC_9160

Facebook Şərhləndirmə:

Şərhinizi yazın