Menu
Geri İrəli

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərin keçirilməsinə başlanıldı- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2016 • Baxış sayı: 461 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 may 2016-cı il tarixində 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Sumqayıt Gənclər Evi”ndə müxtəlif sahələri təmsil edən ictimai – fəal gənclərlə görüş keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd insan hüquqlarının təbliğinə, gənclərin hüquqi düşüncəsinin, mədəniyyətinin inkişaf etdirilməsinə, hüquqlarının bilməsinə və müdafiəsinə töhfə verməkdir.

İlkin olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında məlumatları özündə əks etdirən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirmiş, Respublikada uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması haqqında məlumat vermişdir. Qeyd olundu ki, Baş İdarə tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində şəhərin ali, orta – ixtisas təhsil müəssisələrində və idman təşkilatlarında silsilə görüşlərin keçirilməsi davam edəcəkdir.

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin baş təlimatçısı Gülnar Tanrıverdiyeva, Sumqayıt Dövlət Universitetinin “Ritorika” Universal Klubunun sədr müavini Fəqan Məlikov, Aysel Şıxməmmədova, Sumqayıt Gənclər Evinin könüllüsü İntiqam Əsgərli çıxışlarında Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqları və azadlıqlarından, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti haqqında məlumatı  tədbir iştirakçılarının diqqətinə çatdırmışdılar.

Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılmışdır.

13233224_1024566277579949_1259574640_n 13233468_1024566280913282_491543801_n 13246077_1024566290913281_1375049050_n 13250454_1024566287579948_1185912349_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın