Menu
Geri İrəli

Sumqayıtda “İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” mövzusunda interaktiv təlim keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2017 • Baxış sayı: 55 dəfə • Şərh yoxdur
Share Button
1507546425_10Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində ictimai-fəal gənc, İnternet təhlükəsizlik və İnternet Biznes mövzuları üzrə təlimçi və web devoloper, qrafik dizayner Eldar Müzəffərov tərəfindən “İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” mövzusunda təlim verilib.
Təlimin keçirilməsində məqsəd gəncləri internetdən təhlükəsiz istifadənin yolları, şəxsi toxunulmazlıq hüququnun pozulması və bu pozuntulardan qorunmağın yolları, internet marketinq və bloqçuluq, internet biznesin və bloqçuluğun faydaları barəsində bilikləndirmək, şəbəkələrdən səmərəli istifadə qaydalarını aşılamaqdan ibarətdir.
E.Müzəffərov internet, sosial media, informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılması, internet jurnalistikası, bloqçuluq və sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı gənclərə ətraflı məlumatlar verib. Təlimdə maraqlı müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır və sonda kofe-break təşkil edilib.

Sumqayıtda “İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” mövzusunda interaktiv təlim keçirilib - FOTOLAR

Sumqayıtda “İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” mövzusunda interaktiv təlim keçirilib - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın