Menu
Geri İrəli

Sumqayıtda keçirilən intellektual yarışda 54 gənc və yeniyetmə mübarizə aparıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur

Sumqayıtdakı Gənclər Evində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VIII Çağırış Kubokunun şəhər seçim turunun qalibləri məlum olub. Şəhər turunda müxtəlif sahələri təmsil edən, yaşı 25-dən yuxarı olmayan gənclərdən və məktəblilərdən ibarət 9 komanda üzrə, ümumilikdə, 54 iştirakçı öz bilik və bacarıqlarını sınayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 7-də keçirilən yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin dəstəyi ilə təşkil olunub.

Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışaraq qeyd edib ki, yarışın məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda, Azərbaycan Kubokunun final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyənləşdirməkdir.

Bilik mübarizəsinin sonunda I yeri “ASAN xidmət”, II yeri Texniki Təbiət Elmləri Liseyi, III yeri isə 11 nömrəli tam orta məktəbin “Generation P” komandası tutub.

Qeyd edək ki, I və II yerləri tutan komandalar Bakı şəhərində təşkil olunacaq Azərbaycan Kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, kubok, medal və hədiyyələri ilə təltif edilib.

14994364003103914104_1000x669 14994364004597057963_1000x669 14994364004917721535_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın