Menu
Geri İrəli

Sumqayıtda “Könülülük və Karyera” mövzusunda seminar keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur
Share Button

22552823_1607234379299690_273783179355045222_nsumqayitxeber.com xəbər verir ki, bu həftənin şənbə günü Reduco Tədris Mərkəzinin Sumqayıt şəhərində yerləşən ofisində Ramiz Əliyevin təqdimatında “Könülülük və Karyera” mövzusunda növbəti seminar keçiriləcək. 
Qonaq haqqında: 
Ramiz Əliyev 20 iyun 1987-ci ildə Sumqayıt şəhərində anadan olub.
İctimai fəaliyyətə 2003-cu il də UNİCEF-də könüllü olaraq başlayıb. 2004-2005-ci illərdə UNİCEF-in Sumqayıtdakı Resurs Mərkəzinin rəhbəri olub. 2006-ci ildə Sumqayıt şəhərində təsis edilən “Sağlam Düşüncə” Gənclər Təşkilatını (SDGT) həmtəsisçilərindən olub. 2006-2010, 2012-2016-ci il tarixlər aralıqlarında SDGT-nin sədri olub.
Müxtəlif təşkilatlarda layihə və proqram rəhbəri olaraq çalışıb. Azərbaycanda könüllü fəaliyyətinin təbiği və sistemli inkişafı istiqamətində layihələr, eyni zamanda gənclərlə əlaqəli müxtəlif istiqamətlərdə bir çox yerli və beynəlxalq layihələrin müəllifidir. Azərbaycanı 80-dan cox beynəlxalq təlimlərdə, seminarlarda və konfranslarda təmsil edib.
2012-2016-ci illər ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb.
2012-ci il iyul ayında baş ofisi Moskvada olan “Birlik” Beynəlxalq gənclər İctimai Birliyinin Mərkəzi Nəzarət komissiyasının üzvü seçilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 29 yanvar tarixli 1727 nömrəli sərəncamı ilə Ramiz Təvəkkül oğlu Əliyevə ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüşdur.
2016-ci il may ayında baş ofisi Strasburqda yerləşən və 22 Avropa ölkəsindən 30 təşkilatı özündə birləşdirən “Youth Express Network” Beynəlxalq Şəbəkəsinin İdarə heyətinin üzvü seçilib, hazırda təşkilatın vitse-prezidentidir

Təlimin Detalları:
Tarix: 21 Oktyabr
Saat: 15:00 – 17:00
Seminara giriş: ÖDƏNİŞSİZ
Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 50 375 06 66
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın