Menu
Geri İrəli

Sumqayıtda liderlik movzusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2014 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

Sumqayıtda Liderlik və Təşkilati Quruculuq mövzusunda təlim keçirilib

telim2302-03 avqust 2014-cü ildə Sumqayıt şəhərində yerləşən “Park” Restoranda Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt şəhər bələdiyyəsinin məhəllə komitələrində gənclərin iştirakının artırılması” layihəsi çərçivəsində 25 nəfər ictimai fəal gənclərə “liderlik və təşkilati quruculuq” mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlimdə  interaktiv metodla liderliyin xüsusiyyətləri, komanda işi, təşkilati idarəetmə modelləri və bənzəri mövzularda iştirakçılara biliklər aşılandı. Təlimdə habelə liderliyin növləri, habelə xarizmatik liderlik, təşkilatda liderin rolu və əhəmiyyəti, komanda işinin qurulması prinsipləri, effektiv komandanın qurulmasında zəruri ehtiyaclar istiqamətində təqdimatlar keçirilib

Layihə çərçivəsində növbəti təlim 16-17  avqustda “İctimai Vəkillik” mövzusunda keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın