Menu
Geri İrəli

Sumqayıtda maraqlı layihə – “Yolunu Paylaş” – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2017 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur
Share Button

Təbiət Dostları GT-nın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidendi yanında QHT-lərə Dəstəyi Şurasınınmaliyyə dəstəyivə “Sağlam Düşüncə” Gənclər Təşkilatının tərəfdaşlığı ilə“Yolunu Paylaş” sürücülər və velosipedçilər arasında maarifləndirməlayihəsin çərçivəsində Sumqayıt şəhərində də maarifləndirmə işi təşkil edilib.

29Sentyabr 2017-ci il tarixindəSumqayıt şəhərində təşkil edilən maarifləndiriçi görüşdə sürücü və velosiped istifadəçiləri Sumqayıt Şəhər Polisi İdarəsinin rəsmiləri ilə görüşüblər.  Görüş zamanı nəqliyyat istifadəçiləri yol hərəkatı qaydaları və onların hüquq və vəzifələri haqqında söhbət aparılıb. Maraqlı müzakirə şəklində aparılan görüşdə tədbir iştirakçıları öz suallarına da cavab tapdılar.

30 sentyabr 2017-ci il tarixində isə layihə çərçivəsində həvəskar velosipedçilərin iştirakı ilə Sumqayıt şəhərində Velo-yürüş təşkil edilib. Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan Velo-yürüşdə Bakıdan və Sumayıtdan 50-ə yaxın həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən və Dəniz kənarı bulvardan keçməklə 16 km-lik marşurutu əhatə edib. Yürüşdə layihənin mesajını təbliğ etmək üçün yürüş iştirakçıları “YOLUNU PAYLAŞ” şuarı əks edilmiş köynəklərlə təmin edilmişdilər. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunurdu.

Layihənin məqsədi sürücülər və velosiped istifadəçiləri arasında onların hüquq və vəzifələri haqqında maarifləndirmə işi aparmaq və velosipedi nəqliyyat vasitəsi kimi təbliğ etməkdir.Layihə müddətində Bakı və Sumqayıt şəhərlərində Dövlət Yol Polis əməkdaşları ilə sürücü və velosipedçilərin görüşü təşkil ediləcəkvə hər iki şəhərdə velo yürüşün keçirilməyi nəzərdə tutulmuşdur. Görüşün keçirilməyində məqsəd sürücülər və velosiped istifadəçiləri arasında velosipedçilərin mərkəz yollardan istifadə qaydaları haqqında maarifləndirmə işini təşkil etmək, hər iki tərəfə hüquq və vəzifələri haqqında dolğun məlumat çatdırmaqdır.

Layihə çərçivəsində növbəti velo-yürüş 22 oktyabr 2017-ci il tarixində Bakıda keçiriləcək.

433 4423 IMG_7129 IMG_7192

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın