Menu
Geri İrəli

Sumqayıtda məktəblilər arasında keçirilən test müsabiqəsinin qalibləri məlum olub

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2017 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur
Share Button

15108494566412964098_1000x669Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən test müsabiqəsinin qalibləri məlum olub. Müsabiqədə şəhərin 47 orta ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri bilik və bacarıqlarını sınayıblar.

AZƏRTAC xəbər verir ki, bilik yarışında I yeri 1 nömrəli orta məktəbin şagirdi Nurlan Rəcəbov, II yeri 2 nömrəli orta məktəbin şagirdi Uğur İlyaslı və 21 nömrəli orta məktəbin şagirdi Sona Abdullayeva qazanıblar. III yerdə isə 19, 10 və 5 nömrəli orta məktəblərin şagirdləri qərarlaşıblar.

Qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri, həmçinin hər bir iştirakçıya Konstitusiya kitabı təqdim edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın