Menu
Geri İrəli

Sumqayıtda mərhəmətli olmağa tələsin-Xeyriyyə aksiyası

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2016 • Baxış sayı: 654 dəfə • Şərh yoxdur

15107273_1262137963809467_2197780983796293811_n 14955894_1262138143809449_7200701791884128945_n 15027380_1262137960476134_1932677340246481467_n 15027928_1262138060476124_5258569691054036533_n«Azərikimya» İB-də «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start verilmişdir 16 noyabr 2016-cü il tarixində «Azərikimya» İstehsalat Birliyi Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start verilib.

Birliyin akt zalında keçirilən aksiyada «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı Karbamid zavodunun, SOCAR-Polimer MMC-nin, Texnologiyalar parkinin, Sumqayıtda yerləşən idarə, müəssisə, təşkilat, bank və sığorta şirkətlərinin rəhbərləri, Səhiyyə şöbəsinin və özəl klinikaların baş həkimləri, icra hakimiyyətinin və şəhər bələdiyyəsinin nümayəndələri – ümumilıkdə isə 50-dən artıq qurumu təmsil edən insanlar iştirak edib.

Tədbirdə çıxış edənlər 6 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng, yeni çalar qatmaq olduğunu iştirakçıların nəzər-diqqətinə çatdırılıb.

Vurğulanmışdır ki 15 gün davam edəcək aksiyada əldə olunan paltarlar və digər vəsaitlər «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatında toplanacaq, məqsədyönlü şəkildə və aksiyaya qatılanların bilavasitə iştirakı ilə ehtiyacı olan və aztəminatlı ailələrin uşaqlarına paylanacaqdır. «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlığını ifadə ediblər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın