Menu
Geri İrəli

Sumqayıtda “Narkomaniyaya yox, deyək!” adlı görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2017 • Baxış sayı: 962 dəfə • Şərh yoxdur
Share Button

Dünən Sumqayıt Dövlət Texniki Kollecinin akt zalında şəhər icra hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə “Narkomaniyaya yox, deyək!” adlı görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə narkomaniyaya qarşı mübarizə istiqamətində  Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təqdim etdiyi filmi izləmişlər.

Gənclər qarşısında çıxış edən Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş bölməsinin müdiri Ceyhun Hüseynov, şəhər polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı Şahin Vəliyev, narkoloji dispanserin həkimi Vüsal Cabbarov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə mühüm tədbirlərin həyata keçirildiyini bildirdilər. Tədbirdə xüsusi vurğulandı ki, son illər respublikada narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli gücləndirilib, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığı artırılıb.

Bundan başqa, Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər, bu dəhşətli bəlanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları və mübarizəsi istiqamətində birgə əməkdaşlığın vacibliyi, görülən işlər barədə məlumatlar verildi.

Sonda mövzu ətrafında tələbələrlə fikir mübadiləsi aparıldı. Tədbirdə  Sumqayıt Gənclər və İdman Baş İdarəsinin hazırladığı bukletlər iştirakçılara paylanıldı.

1511783815_p5 1511783861_p1 1511783874_p4

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın