Menu
Geri İrəli

Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2017 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Share Button

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar noyabrın əvvəllərində start verilmiş “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirildi. Aksiyada YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyəti və Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin nümayəndələri iştirak etdilər.
Aksiya üçün şəhərin 5-ci mikrorayonunda ayrılmış sahədə xeyli sayda həmişəyaşıl və dekorativ ağaclar əkildi və suvarıldı.
Sumqayıt son illərdə çox gözəlləşib, müasirləşib. Gündən-günə şəhərdə ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində mühüm yaşıllaşdırma işləri görülür. Həyata keçirilən yaşıllaşdırma tədbirlərinin tərkib hissəsi kimi YAP Sumqayıt şəhər təşkilatı da Respublikanın hər yerində olduğu kimi Yeni Azərbaycan Partiyası İcra Katibliyi tərəfindən başladılmış ağacəkmə kampaniyasına qoşulmuşdur – deyən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov “Hərəyə bir ağac əkək” kampaniyasının mütəmadi olaraq 2018-ci ilin aprel ayına qədər davam edəcəyini, şəhərin müxtəlif yerlərində ağac və bəzək bitkiləri əkiləcəyini bildirdi.
Sədr bu kampaniyanın Sumqayıtda yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini bildirdi.

24129830_130116504325857_1241220828824341685_n 24176892_130116987659142_1792684604068064945_n 24176892_130117014325806_294881474806606306_n 24232704_130116994325808_2701048270249407262_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın