Menu
Geri İrəli

Sumqayıtda peyntbol idman növü üzrə Çempionat keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2016 • Baxış sayı: 570 dəfə • Şərh yoxdur
Share Button

paintbolFərid Salahovun fərdi layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərinin gəncləri arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək.
Çempionatda Sumqayıt şəhərində fəaliyyət göstərən hökümət və qeyri-hökümət təşkilatlarını təmsil edən komandalar iştirak edə bilərlər. Turnirdə iştirak üçün yaş həddi 18-29 yaşdır. Turnir 8 komandanı əhatə edəcək. Turnirdə iştirak edəcək komandaların seçimi təşkilat komitəsi tərəfindən aparılacaq.

Çempionatın keçirilməsində məqsədi Sumqayıt gəncləri arasında vətənpərvərlik ruhunun və döyüş hazırlığının yükləldilməsi, onların fiziki hazırlığını yüksəltmək, paintball idman növünə olan marağının artırılması və gənclərin asudə vaxtlarını səmərəli təşkildir.

Cempionatın bütün qaydaları və şərtləri mütəxəssislər və hakimlər ilə birgə hazırlanacaq. Çempionatda hər komnadada 5 nəfərdən ibarət 8 komanda iştirak edəcək. Komandaların seçimi təşkilat komitəsi tərəfindən aparılacaq. Təşkilat komitəsin 3 nəfərdən ibarətdir: Fərid Salahov (Layihə koordinatoru), “Sağlam Düşüncə” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən birundən bir nümayəndə. İlk turda qalib olmuş komandalar növbəti tura vəsiqə qazanacaqlar. 1/4, yarımfinal mərhələləri təşkil ediləcək və daha sonra komandalar 1,2,3 yerlər uğrunda mübarizə aparacaqlar. Çempionatın qalibləri və finalçıları kubok, medal və sertifikatla təltif ediləcəklər.
Layihə çərçivəsində “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə əməkdaşlıq ediləcək. Çempionatın təşkili məqsədi ilə Sumqayıt şəhərinin gənclərinin bu yarışa cəlb etmək üçün Sumqayıtda fəaliyyət göstərən gənclər qurumları, gənclər təşkilatları və təhsil müəssisələrində çempionat haqqınnda elan veriləcək. Komandaların qeydiyyatı zamanı bütün komandaları oyunun şərtləri və reqlament haqqında məlumat veriləcək. Komandaların qeydiyyat prosesi 20-30 sentyabr 2016-cı tarixləri aralığında təşkil ediləcək, 01 oktyabr 2016-cı il tarixində isə püşk atma mərhələsi olacaq ki, komandaların iştirak vaxtı və rəqibləri müayyən olunacaq.

Təhlükəsizlik qaydaları imza üçün >> https://goo.gl/IfmxL6
Komanda müraciət forması >> https://goo.gl/M4jc50

Müraciət formaları 30 Sentyabr 2016 tarixinə kimi “Sağlam Düşüncə” Gənclər Təşkilatının ofisinə və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə təqdim edilə bilər.

Tərəfdaşlar:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi
“Sağlam Düşüncə” Gənclər Təşkilatı

Əlaqə:
Layihə rəhbəri: Fərid Salahov
+994513888942
faridsalahov885@gmail.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın