Menu
Geri İrəli

Sumqayıtda “Qadın klubu” layihəsi çərçivəsində təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2014 • Baxış sayı: 414 dəfə • Şərh yoxdur

 IMG_4194 (1)Sumqayıtda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qadın klubu” layihəsi çərçivəsində təlim keçirilib. 4 saat davam edən təlimdə 30-a yaxın qadın iştirakçını məlumatlandırılıb.

Təlimçi qismində pediatr, ginekoloq, kosmetoloq və vizajistin iştirak etdiyi təlimdə qadınları narahat edən akual problemlər müzakirə olunub, mütəxəssislər iştirakçıların suallarını cavablandıraraq tövsiyələrini veriblər.

Layihə rəhbəri Səbinə Pirquliyeva bildirib ki, təlimin məqsədi gənc xanımlara müxtəlif sahələrlə bağlı məlumatlar vermək, onları maarifləndirməkdir: “Hesab edirik ki, təlim çox effektiv alındı, qarşıya qoyulmuş məqsədə nail olundu”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın