Menu
Geri İrəli

Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 145 dəfə • Şərh yoxdur
Share Button
 1505991913_64

“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Sumqayıtda aprel döyüşlərinin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanması” layihəsinin icrasını davam etdirir. Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimizin, şəhid olan döyüşçülərimizin cəmiyyətdə geniş təbliği və tanıdılması, onların keçdiyi qəhrəmanlıq yolu barədə gənclər və yeniyetmələr arasında geniş məlumatlandırma işi aparılması yolu onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə onları mənəvi və psixoloji cəhətdən hər an hazır olmalarına çalışmaqdır. Bu məqsədə nail olmaq üçün layihədə qarşıya qoyulan vəzifələrdən biri də Sumqayıt şəhərinin təhsil və mədəniyyət ocaqlarında Qarabağ uğrunda mərdliklə döyüşmüş, dövlətin yüksək mükafatları ilə təltif olunmuş döyüşçülərlə yeniyetmə və gənclərin görüşlərini təşkil etmək idi. Layihə çərçivəsində ilk görüş Sumqayıt şəhər N.Gəncəvi adına kitabxanada gənclərin və fəal oxucuların iştirakı ilə təşkil olundu.

Tədbiri açan “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verdikdən sonra mənfur qonşularımızın hərbi təcavüzünə qarşı igid oğullarımızın mərdliklə vuruşduqlarını, vətən yolunda minlərlə gəncimizin canından keçdiyini, ötən ilin aprel ayında isə ordumuzun hərb tariximizə bir şanlı səhifə yazdığını qeyd edərək vətən uğrunda canından keçənlərin xatirələrinin daim əziz tutulmasının, Qarabağ müharibəsi alovundan sağ qalan döyüşçülərimizin tanıdılması və onlara daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini də vurğuladı. Daha sonra o, bu günkü görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş bir qrup qazinin iştirak etdiyini və onlara da gənclərə öz döyüş yolu və xatirələrini danışmaq, müasir gəncliyin qarşısında duran vəzifələr və gənclərə tövsiyyələrini çatdırmağa imkan yarandığını dedi və ilk çıxış üçün sözü “Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, Milli Paralimpiya Komitəsi Oturaq Voleybol üzrə Milli Komandanın Baş məşqçisi, dövlət təltifləri olan II qrup Qarabağ əlili Tərlan Hacızadəyə verdi. T.Hacızadə çıxışında ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasətinin tarixi kökləri, ötən əsrin 80-ci illərəndən başlayaraq ermənilərin yeni təxribatı, etnik təmizləmə və işğalçılıq siyasəti, Azərbaycanı istəməyən böyük dövlətlərin himayəsi ilə ərazilərimizin bir hissəsini işğal etməsi barədə gənclərə müffəsəl məlumat verdi. Daha sonra atəşkəs dövrünədək Qarabağ uğrunda döyüşlərdə əsgərlərimizin qəhrəmanlığından, şəxsən iştirak etdiyi döyüşlərdən xatirələrini bölüşdü və ötən ilin aprel döyüşlərinin Azərbaycan ordusunun real gücünün nəinki ermənilərə, eləcə də digər düşmən qüvvələrə də bir ciddi mesaj olduğunu vurğuladı.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəxsi şücaətlərinə görə bir sıra dövlət təltiflərinə layiq görülmüş “Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin üzvləri: II qrup Qarabağ əlili Rəşid Nəsibov, I qrup Qarabağ əlili İlqar Cəfərov, I qrup Qarabağ əlili Asif Abdullayev gənclərə öz döyüş yollarından danışaraq müasir gəncliyin də qarşısında çox çətin və şərəfli bir vəzifənin dayandığını, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladılar. Gənclər döyüşçüləri böyük maraqla dinlədilər və suallarla qonaqlara müraciət etdilər. Qonaqlar da, hər bir suala səmimiyyətlə cavab verir, gənclərə tövsiyyələr verirdilər. Tədbirin sonunda qonaqlar gənclərlə xatirə şəkilləri çəkdirdilər.
“Ülvi – aztəminatlılara dəstək” İB-nin sədri,
Azərbaycan Yazıçılar birliyinin üzvü,
şairə Ağanənə Seyidqızı

Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib - FOTOLAR

Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib - FOTOLAR

Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib - FOTOLAR

Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib - FOTOLAR

Sumqayıtda Qarabağ qaziləri ilə görüş keçirilib - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın