Menu
Geri İrəli

Sumqayıtda Qarabağ qaziləri ilə görüşlər davam edir – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2017 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur
Share Button
1509458069_69
“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi “Sumqayıtda aprel döyüşlərinin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanması” layihəsi çərçivəsində tədbirləri davam etdirir.
Xatırladaq ki, bu layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimizin, şəhid olan döyüşçülərimizin cəmiyyətdə geniş təbliği və tanıdılması, onların keçdiyi qəhrəmanlıq yolu barədə gənclər və yeniyetmələr arasında geniş məlumatlandırma işi aparılması yolu onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə onları mənəvi və psixoloji cəhətdən hər an hazır olmalarına çalışmaqdır.
Layihə çərçivəsində növbəti görüş bu gün Sumqayıt şəhər 22 saylı tam orta məktəbdə təşkil edildi. Görüşdə məktəbin 80-dən artıq yuxarı sinif şagirdi iştirak edirdi. Tədbiri “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq ən əvvəl bir yerdə Azərbaycan Dövlət Himninin oxunmasını və vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra Ağanənə Seyidqızı Birliyin həyata keçirdiyi layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verdikdən sonra erməni quldurlarının vətənimizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasətinə qarşı Azərbaycan əsgərlərinin mərdliklə vuruşduqlarını, vətən yolunda minlərlə gəncimizin canından keçdiyini, ötən ilin aprel ayında isə ordumuzun hərb tariximizə bir şanlı səhifə yazdığını qeyd etdi. O, vətən uğrunda canından keçənlərin xatirələrinin daim əziz tutulmasının, Qarabağ müharibəsi alovundan sağ çıxan döyüşçülərimizə daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini də vurğuladı və bu günkü görüşdə Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş bir qrup qazinin gənclərə öz döyüş yolu və xatirələrini danışmaq, müasir gəncliyin qarşısında duran vəzifələr və gənclərə tövsiyyələrini çatdırmağa imkan yarandığını dedi və ilk çıxış üçün sözü “Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, Milli Paralimpiya Komitəsi Oturaq Voleybol üzrə Milli Komandanın Baş məşqçisi, dövlət təltifləri olan II qrup Qarabağ əlili Tərlan Hacızadəyə verdi. T.Hacızadə çıxışında ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasətinin tarixi kökləri, ötən əsrin 80-ci illərindən başlayaraq ermənilərin etnik təmizləmə və işğalçılıq siyasəti, Azərbaycanı istəməyən digər qüvvələrin himayəsi ilə ərazilərimizin 20 faizini işğal etməsi barədə şagirdlərə ətraflı məlumat verdi. Daha sonra Qarabağ uğrunda döyüşlərdə əsgərlərimizin qəhrəmanlığından, şəxsən iştirak etdiyi döyüşlərdən xatirələrini bölüşdü və ötən ilin aprel döyüşlərinin Azərbaycan ordusunun yeni bir qəhrəmanlıq səhifəsi olduğunu və Azərbaycan ordusunun real gücünü ifadə etdiyini vurğuladı.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəxsi şücaətlərinə görə bir sıra dövlət təltiflərinə layiq görülmüş “Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin üzvləri: I qrup Qarabağ əlilləri Asif Abdullayev, İlqar Cəfərov və II qrup Qarabağ əlilləri İlqar Babayev, Sahib Şamilov gənclərə öz döyüş yollarından danışaraq müasir gəncliyin də qarşısında çox çətin və şərəfli bir vəzifənin dayandığını, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladılar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xatirə Fərəcli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qaratel Azəri, Əməkdar artist, rejissor Nazir Rüstəmov vətənpərvərlik mövzusunda çıxışlar etdilər. Sumqayıt şəhər 22 saylı tam orta məktəbin direktoru Tahirə Səfərova çıxış edərək belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyəti olacağını, bundan sonra da belə tədbirlərin keçirilməsinə şərait yaradılacağını qeyd etdi.
 
“Ülvi – aztəminatlılara dəstək”İB-nin sədri,
Azərbaycan Yazıçılar birliyinin üzvü,
şairə Ağanənə Seyidqızı
1509458032_66
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın