Menu
Geri İrəli

Sumqayıtda sakinlərlə görüş keçirilib – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2017 • Baxış sayı: 422 dəfə • Şərh yoxdur
Sumqayıt şəhər 2-ci məhəllə ərazisində  əhalinin problemlərinin həlli məqsədi ilə sakinlərlə görüş keçirilib.
1501840262_gorush
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Rahim Mustafayev Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən regionlarda,   o cümlədən Sumqayıtda  görülən abadlıq-quruculuq işləri  barədə ətraflı məlumat verib.Qeyd olunub ki, Sumqayıtda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.Çoxmərtəbəli yaşayış  binalarına dam örtüyü vurulur, fasadları yenilənir .
Həmçinin binaların girişləri abadlaşdırılaraq  qapılar quraşdırılır. Zirzəmilər dezinfeksiya olunur. Rahim Mustafayev onu da vurğuladı ki,  yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir. Şəhərimizin inkişafina hər kəs öz töhfəsini verərək təmizliyi qorumalıdır.
Daha sonra cıxış edən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi inkişafdan, əhalinin sosial vəziyətinin yüksəldilməsinə və regionlarin  və tikinti sektorunun inkişafina yönəldilən tədbirlərdən danışıb. Sakinlər də  öz növbəsində Sumqayıtda  gedən genişmiqyaslı abadlıq və quruculuq işlərinə ölkədə yaradılan sabitlik və inkişafa  görə dövlət başçısına   minnətdarlıqlarını bildirib, onları narahat edən məsələlərə toxunublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın