Menu
Geri İrəli

Sumqayıtda “Siqaret həm öldürür, həmdə süründürür” layihəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur


IMG_0052-Dayan! “Siqaret həm öldürür, həmdə süründürür”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 01 mart 2014-cü ildə Sumqayıt şəhərində “Siqaret həm öldürür, həmdə süründürür” adlı layihə keçirilmişdir. Layihənin icraşısı Elbrus Mirzəyev tədbiri  açıq elan edərək layihənin başlıca məqsədinin cəmiyyətin siqaret və  digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığın artırılmasına nail olmaq, gənclərin  zərərli vərdişlərdən kənarlaşması istiqamətində toplumsal bir mübarizə işinin aparılmasının genişləndirməsi olduğunu bildirmişdir.

E.Mirzəyev hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini və siqaret istifadəçilərinin 20 % nin xanımlar olduğunu təəssüf hissi ilə qeyd etmişdir.

Daha sonra siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən müxtəlif slayd şəkillər yeniyetmə və gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir.

Layihədə iştirak Suqmayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı C. Hüseynov dövlətimiz tərəfindəndən siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qaunların qəbul olunduğunu, artıq küçələrdə, televizyada siqaretin reklam olunmadığının müsbət hal olduğunu diqqətə çatdırdı.

Daha sonra çıxış edən tələbə-gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər sözü gedən layihənin gənclərin siqaretin zərələri barədə maarifləndirilməsində, eyni zamanda onların sağlamlıqlarının qorunmasında mühüm rol oynayacağını qeyd etdilər.

IMG_0025-

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın