Menu
Geri İrəli

Sumqayıtda “Sülh Aylığı” çərçivəsində tədir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2016 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 7 sentyabr 2016-cı il tarixində Sumqayıtın Tarix Muziyində “Sülh Aylığı” çərçivəsində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada şəhər Veteranlar Şurasının, Qarabağ müharibəsi Veteranları Birliyinin, hökümət və qeyri-hökümət gənclər təşkilatlarının nümayəndləri və fəal gənclər iştirak etmişlər.

Tədbirdə çıxış edənlər şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə, Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə sülhün Azərbaycanının dövlət siyasətinin tərkib hissəsi olduğundan, bu siyasətin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl sürətdə uğurla davam etdirildiyini, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində əldə olunan nəaliyyətlərdən söhbət açmışlar. Bildirildi ki, çox təəssüf ki, sülhə və təhlükəsizliyə saymazyana münasibət bəsliyən Ermənistan bu gündə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir, illərdir torpaqlarımızı işğal altında sağlayır, atəşkəs rejimini mütəmadi pozur.

Gənclər isə öz çıxışlarında Azərbaycanın tarixən sülhün tərənnümçüsü olduğunu, tolerantlıq ənənələrini daima yaşadıldığını, multikultural dəyərlərin qorunduğunu, müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdiyini qeyd etmişlər.

unnamed (2) unnamed unnamed (1)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın