Menu
Geri İrəli

Sumqayıtda “Sürət – həyatda inkişaf, yolda təhlükə” adlı sosial çarx və jurnal hazırlanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2016 • Baxış sayı: 129 dəfə • Şərh yoxdur

Azərbaycan Respublika Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda “Sürət – həyatda inkişaf, yolda təhlükə” adlı layihə həyata keçiriləcək. 
Fondun 8-ci qrant müsabiqəsində qalib olan fərdi layihənin rəhbəri Vurğun Salahovun verdiyi məlumata görə, layihə çərçivəsində sürət həddinin aşılmasının arzuolunmaz nəticələri ilə bağlı maarifləndirmə işi aparılacaq: “Bunun üçün iki tədbir həyata keçiriləcək. Yol qəzaları, onların ağır nəticələrini özündə əks etdirən sosial çarx hazırlanacaq. Eyni zamanda bu mövzuda qanunvericilik, statistika və ekspert rəylərinin yer aldığı dərgi çap olunacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın