Menu
Geri İrəli

Sumqayıtda “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə star verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2016 • Baxış sayı: 348 dəfə • Şərh yoxdur

10 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilmişdir. Layihə çərçivəsində lik təlim“Jurnalistika” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki – peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasından ibarətolduğunu bildirdi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin müvafiq peşə yönümlü təlimlərə cəlb edilməsinin, onların bilik-bacarıqlarının artırılmasının, peşə yönümlü işlə təmin edilmə imkanlarının genişləndirməsinin Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.
Təlim “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov tərəfindən keçirilmişdir. V. Məmmədov interaktiv metodla keçən təlim zamanı işirakçılarıprees reliz və məqalə yazılışı, düzgün redaktə barədə məlumat vermişdir. Təlim iştirakçılarına sonda sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, layihə çərçivəsində region gəncləri üçün video, foto çəkiliş, bloqçuluq, internet texnologiyalarından səmərəli istifadə, İKT texnologiyaları, şəbəkə çəkilişi və dizayn – proqramlaşdırma istiqamətində də təlimlər təşkil olunacaqdır.

img_3975 img_3979 img_4019 img_4065

Facebook Şərhləndirmə:

Şərhinizi yazın