Menu
Geri İrəli

Sumqayıtda vətəndaş hüquqlarının təmin olunması məsələsi müzakirə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2017 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur
Share Button

14976703514522722423_1000x66918 İyun – Azərbaycanda Milli İnsan Hüquqları Gününə həsr edilmiş “İnsan hüquqları aylığı” çərçivəsində Sumqayıtda keçirilən görüşlər davam edir. Növbəti tədbir idman ictimaiyyətinin nümayəndələri ilə Sumqayıtdakı 1 saylı Uşaq Gənclər İdman Məktəbinin konfrans zalında reallaşıb. Aylıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Sumqayıt şəhər gənclər və idman baş idarəsindən AZƏRTAC–a bildirilib ki, görüş insan hüquq və azadlıqları haqqında videoçarxın nümayişı ilə başlayıb.

1 saylı Uşaq Gənclər İdman Məktəbinin direktoru Fuad Aslanov 18 İyun – Milli İnsan Hüquqları Gününün tarixi əhəmiyyətindən, aylıq çərçivəsində keçirilən görüşlərin mahiyyətindən, vətəndaşlarımızın hüquqlarının təmin edilməsi, layiqli həyat şəraitinin, rifah səviyyəsinin artırılması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.

Tədbirdə çıxış edənlər – İnzibati-İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev, baş idarənin sektor müdiri Ceyhun Hüseynov ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq olunması və bu tarixin Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Milli İnsan Hüquqları günü kimi elan edilməsini diqqətə çatdırıblar.

Natiqlər yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların insan hüquqlarının qorunması üzrə görülən tədbirlərin genişləndirilməsi, hüquq-mühafizə mexanizmlərinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının təminatının gücləndirilməsindən danışıblar.

Sonda iştirakçılara baş idarə tərəfindən hazırlanmış, insan hüquq və azadlıqları haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın