Menu
Geri İrəli

Sumqayıtda YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə dəyirmi masa keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2017 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər Təşkilatının dəyirmi zalında YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Təşkilatın Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşəbbüsü ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə YAP Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov açaraq YAP-ın yaranma tarixindən, həmin dövrlərdəki siyasi proseslər, ölkədə hökm sürən hərc-mərclikdən bəhs etdi. Ramiz Hüseynov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoydu. O, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın YAP-ın sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırdı. Sədr onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratmışdı.
Çıxış edən YAP Sumqayıt şəhər Təşkilatının veteranları – Orucəli Allahverdiyev, Əvəz Lələdağ, Rəna Dadaşova Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən, sosial sifarişdən yaranması və ağır ictimai-siyasi proseslərdən şərəflə çıxmasından, ötən 25 il ərzində qazanılan uğurlardan geniş söhbət açdılar. Qeyd edildi ki, xalq Ulu Öndərin 1969-1982-ci illərdəki Azərbaycana xidmətlərini unutmamışdır. O zaman geridə qalmış aqrar respublikadan Azərbaycanı müasir aqrar-sənəye diyarına çevirən məhz Heydər Əliyev olmuşdur.
Tədbirdə digər çıxış edənlər-YAP Sumqayıt şəhər Təşkilatının fəalları Nigar Cəfərova, Nazilə Cəlilova, Elvin Dadaşov, Teymur Aslanlı, Elvin Məmmədzadə qeyd etdilər ki, Azərbaycan xalqının arzu və istəklərindən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsidir.

AYZ_0006 AYZ_0051

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın