Menu
Geri İrəli

Sumqayıtda “Zəka sahibləri” yarışacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2015 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

Gencler_Fondu_Logo_130612Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə  Sumqayıtda “Zəka sahibləri” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində 40-a qədər idmançının iştirakı ilə şahmat turniri keçiriləcək.

Bu barədə layihə rəhbəri Xəyalə Ağalarova məlumat verib.

Layihə rəhbəri bildirib ki, turnirin təşkili üçün hazırlıq işləri sona çatmaq üzrədir: “Yarış İsveçrə sistemi üzrə 14-20 yaşlı gənclər arasında keçiriləcək. Qaliblər mükafatlandırılacaq. Amma bütün iştirakçılar üçün bu, bir yarış təcrübəsi olacaq, odur ki, bu turnirdən hər bir iştirakçı nəsə qazanacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın