Menu
Geri İrəli

Sumqayıtlı gəncin “Texnologiyalar dünyasi” layihəsinin açılışı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2014 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

10178186_817271468300831_1870085176_nAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilənTexnologiyalar dünyasi” layihəsinin açılışı və gənclər üçün ilk seminarı keçirilib.

Layihənin məqsədi  Bakı və Sumqayıtda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq,  İKT imkanlarından istifadə etməklə maarifləndirilmə əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Layihə çərçivəsində  Gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalar vasitəsi ilə maraq oyatmaq, internet resurslarindan səmərəli istifadə etmək üçün məlumatlar vermək, internetdə alış veriş edilməsini praktiki göstərmək, CV-nin yazılma qaydaları,  sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsinə şərait yaratmaq, gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi  mövzuları  əks etdirən  təqdimatlar  hazırlanaraq,  maarifləndirici bukletlər nəşr edilmişdir. Həmçinin  bunları  əyani  olaraq  əks etdirən   Texnologiyalar dünyasi” adlı videoçarx hazırlanaraq, təqdim edilmişdir.  Layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 100 nəfərdən çox tələbə və media nümayəndələri iştirak edib.

Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Texnologiyalar dünyasi” layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər keçiriləcək müəssisələrindəki elan lövhələrinə vurulur.

 Layihə rəhbəri Elmar Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın