Menu
Geri İrəli

Sumqayıtlı gənclər Bahar bayramını qeyd ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi və Təhsil Şöbəsi birlikdə Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr edilmiş “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bayram tədbirində çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov ümummilli lider Heydər Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında və daha da inkişaf etdirilməsində rolundan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Tədbir Novruz adət-ənənələrini özündə əks etdirən maraqlı oyunlarla, viktorinalarla, müxtəlif musiqi nömrələri ilə davam edib.

148965688047749450_1000x669 14896568801161357181_1000x669 1489656880980125037_1000x669 14896568803835065471_1000x669 14896568802024352982_1000x669 14896568805532860847_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın