Menu
Geri İrəli

Sumqayıtlı gənclər virtual asılılığın zərərini müzakirə ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2017 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur

Sumqayıtlı gənclər virtual asılılığın zərərini müzakirə ediblər

Sumqayıtdakı Gənclər Evində ictimai-fəal gənc Nurlan Həsənov “Real həyatımızı qoruyaq?” mövzusunda təlim keçib. Təlimin keçirilməsində məqsəd gəncləri virtual asılılığın zərərləri barədə maariflənləndirmək, onlara İnternet şəbəkələrindən səmərəli istifadə qaydalarını çatdırmaqdan ibarətdir.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib ki, təlimdə sosial media, ağıllı telefonların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi vurğulanıb. Gənclərimiz mütəmadi olaraq sosial media hesablarını yoxlayır, yaxud müəyyən oyunlarla vaxtlarını səmərəsiz keçirilər. Bu aludəçilik bəzən o dərəcədə güclənir ki, gənclər gecə saatlarınadək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz İnternet resurslarında virtual gəzişmələrinə davam edirlər. Nəticədə isə onlarda həm fiziki, həm də psixoloji xəstəliklər baş qaldırır. Bu aludəçilik gənclərin gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.
Təlimdə maraqlı müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Sumqayıtlı gənclər virtual asılılığın zərərini müzakirə ediblər

Sumqayıtlı gənclər virtual asılılığın zərərini müzakirə ediblər

Facebook Şərhləndirmə:

Şərhinizi yazın