Menu
Geri İrəli

Sumqayıtlı şəhidin doğum günündə şəhər ictimaiyyəti və digər şəhid ailələri bir arada (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2016 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur
Bu gün oktyabrın 15-i, payızın süstlənib, dünyanın övqatına bürüdüyü gündür. Bu gün doğulduğu gündən havasından barıt qoxusu gələn Azərbaycanın qəhrəman şəhidlərindən birinin Əbdülməcid Axundovun da doğum günüdür. O, dünyaya gələndə, 1993-cü ildə Azərbaycanın yaraları qan verirdi, Sumqayıtın Xəzərlə üzbəüz Səhidlər Xiyabanına demək olar ki, hər gün şəhid oğullarımızı gətirib torpağa əmanət edirdilər. İndi Sumqayıtın Şəhidlər Xiyabanında 405 şəhid məzarı var. Azərbaycanın zəfər savaşı kimi tarixə yazılan aprel döyüşlərində qəhrəmanlıqla həlak olan polkovink Raquf Orucovla yanaşı, yanında 5 əsgəri də dəfn olundu. 7 aydır ki, 1992-ci ildən qaysaq bağlayan yaralarımız yenə qopub, yenə göynəyir, 7 aydır ki, Sumqayıt Şəhidlər Xiyabanına hər gün aprel döyüşlərində həlak olan qəhrəmanlarımızın doğmaları gəlirlər.
Bu gün sumqayıtlı balası, Azərbaycan Texniki Universitetinin diplomunu görməyən məzunu, 16 saylı məktəbin yetirməsi, məhəllə uşaqlarının ən qoçağı, universitet tələbələri içində hamıdan şən və hazırcavab, əsgəri xidmətdə hər kəsin harayına yetən Əbdülməcid Axundovun 23 yaşı tamam olur. Aprel döyüşlərindən sonra, aprel şəhidlərinin ailələrini birləşdirən bir dəyər də var. Onların əksəriyyəti bir-biri ilə əlaqə saxlayır, şəhidlərinin, əzizlərinin xatirə günlərində gəlib şəhidin ailəsinə baş çəkməyi, yad etməyi özlərinə borc bilirlər. Bununla ürəklərindəki ağrının, yanğının üzərinə bir az su çiləmək istəyirlər.
Əbdülməcidin doğum gününə Xaçmazdan şəhid Elvin Mirzəyevin ata-anası, Bakıdan şəhid Müşfiq Orucovun anası, Bakıdan şəhid Mahir Mirzəyevin anası, atası və bacısı, şəhid Şulan Bayramovun anası, Seymur Baxışovun anası və doğmaları gəlmişdilər. Şəhər ictimaiyyəti və ziyalıları da burda idilər.
16 saylı məktəbin direktoru Niyazi Süleymanov təhsil ocağının yetirməsi haqqında danışaraq, dedi ki, Əbdülməcid Axundovun həyatı bu gün Sumqayıt məktəbliləri, rəbərlik etdiyi təhsil ocağının şagirdləri üçün nümunədir. Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, millət vəkili Tahir Mirkişili də 2-5 aprel döyüşləri zamanı qəhrəmanlıq göstərərək, Vətənə qələbə xəbərləri göndərən şəhidlərimizin ucaldıqları zirvədən danışdılar. Millət vəkili Tahir Mirkişili bu günlərdə 25 illiyini qeyd edəcəyimiz Müstəqilliyimiz uğrundan canından keçən Vətən oğullarının və qızlarının, şəhidlərimizin şücaətinə, qəhrəmanlığına görə azadlığa qovuşduğumuzu bildirdi. Onlar bizim müstəqilliyimizin qaranquşları idilər. Bu gün şəhid anaları başlarını daha uca tutmalıdırlar, çünki biz onların övladlarının qəhrəmanlıqlarına görə bu Vətəndə rahat gəzə bilirik. Onlar bizim məğrurluq və qürür yerimizdir,- deyə nitqinə yekun vurdu.
16 saylı məktəbin şagirdi şəhid analarına həsr olunmuş şeirini oxudu. Daha sonra xatirə gününə gələnlər Sumqayıt şəhəri Tarix Muzeyində şəhid Əbdülməcid Axundovun qısa, lakin şərəfli ömür yolundan bəhs edən sərgini izlədilər. Anım tədbirində Nigar İsmayılqızının hazırladığı “Ölsəm… Yaşat” sənədli filminin təqdimatı oldu. Filmin təqdimatından sonra, Azərbaycan şəhidlərinə, və eləcə də Əbdülməcidə həsr olunmuş vətənpərvərlik, qəhrəmanlıq ruhunda hazırlanan ədəbi-bədii musiqili kompozisiya təqdim edildi.
Elə bu tədbirdə Əbdülməcidin porterti toxunmuş xalça da şəhidin valideyninə təqdim olundu.
Xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın