Menu
Geri İrəli

Tahir Mirkişili “İnnovativ idarəetmə” layihəsinin qonağı olub (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2017 • Baxış sayı: 766 dəfə • Şərh yoxdur
Share Button

“ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Tahir Mirkişili olub.

SalamNews xəbər verir ki, çıxışı zamanı Tahir Mirkişili müasir dünya trendlərini nəzərə alaraq gənclərin İKT sahəsinə daha çox maraq göstərməli olduğunu vurğulayıb.

O, həmçinin bildirib ki, ASAN könüllüləri öz bilik və bacarıqları, eyni zamanda gördükləri işlərlə cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.

150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə deputat gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.

16387223_1811315542441485_3916649048446185658_n 16473253_1811315629108143_9189070245921352336_n 16473925_1811315425774830_5695811991189671442_n 16508228_1811316059108100_8863460794123054323_n 16508627_1811315329108173_4563314723928892057_n 16508832_1811315605774812_5882391325913848093_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın