Menu
Geri İrəli

YAP-ın Sumqayıt şəhər səhiyyə şöbəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur
Share Button

1508831424_ayz_0027Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Sumqayıt şəhər Təşkilatının ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər davam edir. Növbəti tədbir şəhər səhiyyə şöbəsi ərazi ilk partiya təşkilatında keçirildi.
Yığıncaqda Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev, YAP Sumqayıt şəhər Təşkilatının idarə heyətinin üzvü, 1 saylı doğum evinin baş həkimi Təranə Rəcəbli, Sumqayıt şəhər Uşaq Xəstəxanası ərazi ilk partiya təşkilatının sədri, xəstəxananın şöbə müdiri Sehri Babayev, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müalicə işi üzrə inspektor Bərxudar Məmmədov çıxış edərək bildirdilər ki, müasir müstəqil Azərbaycan dövləti ilə eyni tarixə malik partiyamızın keçdiyi 25 il ərzində ölkəmizdə hərtərəfli inkişaf etmiş, qüdrətli ordu yaradılmış, respublikamızın hər bir yerində geniş infrastruktur layihələri icra olunmuş, yüz minlərlə iş yerləri yaradılmış, insanların rifah halı yaxşılaşdırılmışdır. Buna bariz misal olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərdə gördüyü işləri göstərmək olar. Çıxış edənlər hər bir sahədə olduğu kimi, səhiyyədə də yüksək göstəricilərə nail olunduğunu qeyd etdilər.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər Təşkilatının sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov bildirdi ki, ölkəmizdə Yeni Azərbaycan Partiyası özünün sıralarında 700 mindən artıq partiya üzvünü birləşdirərək, böyük sosial bazaya malik olmaqla, ölkəmizin ictimai-siyasi həyatında mühüm və samballı rol oynayan siyasi təşkilatdır. Artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.

YAP-ın Sumqayıt şəhər səhiyyə şöbəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

YAP-ın Sumqayıt şəhər səhiyyə şöbəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

YAP-ın Sumqayıt şəhər səhiyyə şöbəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın