Menu
Geri İrəli

YAP Sumqayıt şəhər təşkilatında seminar-treninq keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 680 dəfə • Şərh yoxdur
Share Button

dsc_0036Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı üzrə ilk dəfə seçilmiş ərazi ilk partiya təşkilat sədrləri ilə seminar-treninq keçirilib. Partiyanın şəhər təşkilatından SİA-ya daxil olan məlumata görə, seminarı giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini, icra aparatının təşkilat şöbəsinin müdiri Vəzirxan Ənsərov açaraq, yeni seçilmiş ərazi ilk partiya təşkilat sədrlərini təbrik edib,onlara gələcək işlərində uğurlar arzulayıb. Vəzirxan Ənsərov qarşıda duran vəzifələr haqqında ətraflı söz açaraq bildirib ki, məqsəd hakim partiyanın fəaliyyətinə daha geniş və böyük töhfələr vermək, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlməkdn ibarətdir.

Seminarda YAP Sumqayıt şəhər təşkilatının təşkilat şöbəsinin təlimatçısı Elbrus Səlimov Yeni Azərbaycan Partiyası sıralarına yeni üzvlərin qəbul işinin təşkili haqqında məlumatlandırıb. Ümumi protokol uçot şöbəsinin müdiri Arifə Abdullayeva YAP üzvlərindən üzvlük haqlarının toplanması və təşkilatının hesabına köçürülməsi işinin təşkili haqqında seminar-treninq iştirakçılarına məlumat verib və lazımı sənədlərlə tanış edib. Seminar-treninqin sonunda Vəzirxan Ənsərov Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilat ərazi ilk partiya təşkilatında yığıncaqların keçirilməsinə hazırlıq işləri və yığıncaqların keçirilməsinin təşkili haqqında yığıncaq iştirakçılarını təlimatlandırılmış, qaldırılan suallar cavablandırıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın