“Lüt soyunub, salfetka ilə oynayacaqdı…” – FLORA KƏRİMOVA YAZIR

2282

Buyurun, Millət…

Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. “Nə var burda”, “nə oxuyub ki”, “niyə qarışırsız”, “mənə dəxli var?” – deyib keçdiyinizin əks-sədasıdır.

Gözəl Çin atalar sözü var: “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir ordunu məhv edər”.

İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də BİGANƏLİKLƏ 31 MART soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə…

QADIN adının məsuliyyəti KİŞİ adının məsuliyyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi NƏ ETDİLƏR?! Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideynləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözükölgəli, başıqapazlı etdilər! Tək  dərd budurmu, MİLLƏT?! Sabah bizim, millət olaraq, namusdan söz düşəndə OĞULLARIMIZIN ÜZÜNƏ ŞİLLƏ KİMİ BU VİDEONU ÇIRPACAQLAR ki, sənin “qadının” budur,  sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!!! Di qalxın bunun altından!!!

İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istəyir, onu etməməli idi, ETDİ! Nə düşünür, onu dilinə gətirməməli idi, DEDİ! Acıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar EFİR etikasını pozulanda, bu YARĞANLAR ÇAT olan vaxtlar deyəndə ki, “olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşır, cəmiyyəti çirkləndirməyin”… bir çoxları əməllərinə haqq qazandırıb üstümə gəldi və buna ƏKSƏRİYYƏTİNİZ görməzlikdən gəldiniz (söhbət nüfuz sahiblərindən gedir)! Bu gün biri ÖZ dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub, salfetka ilə oynayacaqdı. Və oldu!!! Bunu görmək çoxmu çətin idi?

Təəssüf ki, artıq ilmələr sökülüb. Baş Prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, Baş Prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. 

Hər gün şəhid qanı bunlara görəmi axır, hər gün analar bunlara görəmi qara geyinir? MİLLƏT, BU OLMAMALI İDİ, BUNU YAŞAMAMALI İDİK, BU YERƏ ÇATDIRMAMALIYDIQ!!!

Flora Kərimova, Azərbaycan Respublikasının ilk xalq artisti

01.04.2019

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər