Menu
Geri İrəli

Prezidentin qızları sərgidə- Londonda+Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2015 • Baxış sayı: 592 dəfə • Şərh yoxdur

848358 334550 372133 626855 723976 768960“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur incəsənət qalereyası “Louise Blouin Foundation”da ölkəmizin müasir incəsənətinin istedadı nümayəndələri Aidə Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb. 

 

 

“Qafqazinfo” buro247.az-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.

 

Sərginin kuratoru müasir incəsənət mütəxəsisi, qalereyaçı Fərəh Piriyeva Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqları barədə məlumat verib. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırılıb. Qeyd edilib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü biruzə verir və daha ötədə nə olduğunu öyrənmək üçün daim səyahətdədirlər.

 

Sonra sərgiyə baxış olub. Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aidə Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə rəsm edilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırlanan incəsənət qurğuları nümayiş etdirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın