Menu
Geri İrəli

Tanınmış sumqayıtlı rəssamın fərdi sərgisi açılıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2016 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin fərdi sərgisi açılıb.
Sərgidə rəssamın 70 rəngkarlıq əsəri nümayiş olunur. “Xatirələrim” adlanan sərgi bir həftə davam edəcək.
Nümayiş olunan tablolarda əsasən Bakı, Sumqayıt və Abşeron lövhələri tədim edilir.
Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov istedadlı sumqayıtlı sənətkarın bədii yaradıçılığından və onun Qarabağ savaşındakı iştirakından danışıb.
Bildirilib ki, rəssamın isti və əlvan boyalarla işlənmiş əsərlərini digər rəssamların əsərlərindən rahat seçmək olur. Bütövlükdə vətənpərvərlik motivləri İ.Ağayevin işlərinə xas xüsusiyyətdir. Bu əsərlərin əksəriyyəti rəssamın Qarabağ döyüşlərində qazandığı “Asiman” təxəllüsü ilə göstərilir.

Qonaqlar Rafiq Kərimov, rəssamın döyüşçü yoldaşı Əlisəfa Mehdiyev, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyə Həmzəyeva və memar Ramiz Hüseynov rəssam barədə ürək sözlərini söyləyiblər.
Qeyd edək ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov və Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Mehman Şükürov da iştirak ediblər.
Məlumat üçün bildirək ki, İntiqam Ağayev 1965-cı ildə Sumqayıtda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunudur. Bir çox yerli və beynəlxalq sərgilərdə uğurla təmsil olunub.

ARİ-nin üzvü olan rəssamın əsərləri Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda qorunur.

Tanınmış sumqayıtlı rəssamın fərdi sərgisi açılıb  - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın