Menu
Geri İrəli

Afaq Bəşirqızı və Valeh Kərimov Sumqayıt Teatrında – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 500 dəfə • Şərh yoxdur

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşanın məşqləri davam edir. Quruluşçu rejissor teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovdur.
Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, bu əsər hələ illər öncə Sumqayıt teatrında uğurlu səhnə həllini tapıb. Yeni quruluşun fərqi isə rejissor yanaşması ilə bərabər, həm də aktyor ansamblındakı özəllikdir. Belə ki, respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov xüsusi dəvətlə teatrın yeni kreativ layihəsinə qatılıblar. Sumqayıtlılar komediyadakı Səməni və Seyfi obrazlarını tezliklə bu sevilən aktyorların ifasında görüb məmnun qalacaqlar.

14868565821610757219_1000x669 14868565822045650305_1000x669 14868565822659154158_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın