Menu
Geri İrəli

Afaq Bəşirqızı yenidən Sumqayıt Teatrının səhnəsində

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2017 • Baxış sayı: 1,421 dəfə • Şərh yoxdur

teatr-binaXalq artisti  Sumqayıtda “Subaylarınızdan görəsiniz” deyəcək   PrimeTime.Az xəbər verir ki, Azərbaycanın görkəmli sənətkarı, xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı Sumqayıt Teatrında tamaşa oynayacaq.

Bu barədə  Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov  məlumat verib.

Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” adlı məşhur musiqili komediyası bu dəfə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Tamaşa, Sumqayıt Teatrının özəl layihəsi əsasında baş tutacaq.

Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən Afaq Bəşirqızı yenidən bu rolu canlandıracaq. Afaq Bəşirqızı Səməni obrazını bu dəfə ona doğma olan Sumqayıt Teatrının səhnəsində ifa edəcək.

Belə ki, xalq artisti 1975-ci ildən 1989-cu ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Yaxın günlərdə məşqlərinə start veriləcək tamaşanın quruluşçu rejissoru, əməkdar artist, Sumqayıt Teatrının baş rejissoru Firudin Məhərrəmovdur.

Qeyd edək ki, “Subaylarınızdan görəsiniz” musiqili komediyası sonuncu dəfə Musiqili Komediya Teatrının səhnəsində xalq artisti, unudulmaz sənətkar Yaşar Nurinin quruluşunda tamaşaya qoyulub.

Ülviyyə Həsənqızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın